0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Bəxtiyar Vahabzadə- Ana dili...

Bəxtiyar Vahabzadə- Ana dili...…

B.Vahabzadəyə görə, ana dili insanı vətənə bağlayan ən başlıca amillərdəndir. Ana dili xalqın varlığının mənəvi pasportudur. 1954-cü ildə yazdığı «Ana dili» şeirində dilimizdə danışmağı özünə ar bilənlərə «Vətən çörəyi sizlərə qənim olsun», - deməklə özünün ana dilinə olan sonsuz məhəbbətini əyani olaraq sübut edir. Sovetlər dönəmində müttəfiq respublikaların dillərinə münasibət eyni deyildi. Əsas sahələrdə rus dilinə üstünlük verilirdi. İranda isə Azərbaycan dilinin vəziyyəti çox acınacaqlı və dözülməz idi. Orada Azərbaycan dilində təhsilin olmaması və kitab çapına qadağa qoyulması şairi əsəbləşdirirdi. O, qəzəbini «Gülüstan» poemasında da ifadə etmişdir. 
Ana dilinin sıxışdırılması haqqında o zaman hər hansı söz danışmaq, açıq yazmaq qadağan olunsa da, B.Vahabzadə repressiyalardan qorxmadan bu mövzuda «Latın dili» şeirini yazmışdır. Məlum olduğu kimi, Latın dili süqut edən Roma İmperiyasının dili olmuşdur. Şair əslində bu şeirlə özü yaşayan, lakin dili ölən xalqın vəziyyətini bir daha diqqətə çatdırırdı.
Beləliklə, B.Vahabzadə yaradıcılığına nəzər salanda bir daha aydın olur ki, ana dili məsələsi onu daima düşündürmüş və şair çox gözəl bilirdi ki, millətin bir millət kimi məhvinə yalnız bir yolla nail olmaq mümkündür – onun dilini əlinə almaqla!
 
          Ana dili xalqın ruhudur, 
            mənəvi dünyasıdır…
                                  B.Vahabzadə
 
Yüklə:

Çox oxunanlar

Şərhlər