0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Cəfər Cabbarlı - dram əsərləri...

Cəfər Cabbarlı - dram əsərləri...…

XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.


Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi” adlanan yuxarı hissəsində yaşayıb.


Cəfər Cabbarlı kiçik yaşlarında Quran oxumağı məhəllə mollasından öyrənib. Sonrakı təhsili rus dilində olub.


Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Cəfər Cabbarlının adı görkəmli klassiklərimizlə bir sırada çəkilir.


XX əsrin ikinci onilliyində yaradıcılığa başlayan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə edərək, istedadını sınayıb. Cəsarətlə demək olar ki, müasir Azərbaycan ədəbi dilin formalaşmasında onun müstəsna xidməti var.

C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi "Aydın” və "Oqtay Eloğlu” pyesləri oldu. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş və teatrın repertuarında görkəmli yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.


"Oqtay Eloğlu” əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır. O, səhnə xadimidir. Səhnəni bütün varlığı ilə sevən Oqtay hər şeydən əvvəl yaradıcı bir insandır. Yaradıcılıq onun əsas keyfiyyətidir. O, deyir: "Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam”.

Görkəmli dramaturq 31 dekabr 1934-cü ildə 35 yaşında bakıda vəfat edib.


ƏSƏRİ BURADAN YÜKLƏ:


"Oqtay Eloğlu” dramı

Sevil dramı

[attachment=420]Aydın[attachment]

Solğun çiçəklər

Nəsrəddin şah

Yaşar

Vəfalı Səriyyə,yaxud göz yaşı içində gülüş

Çox oxunanlar

Şərhlər