0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Cəlil Məmmədquluzadə-Kamança pyesi...

Cəlil Məmmədquluzadə-Kamança pyesi...…

Kamança pyesi 1920-ci ildə Şuşada yazılmışdır. Janrına görə faciə olan bu əsərin mövzusu 1918-1920 illərdə Qarabağda baş vermiş erməni-müsəlman qırğınından götürülmüşdür. Əsərin mərkəzi surəti Qəhrəman yüzbaşıdır. Ədib onun simasında cəsur, qorxmaz, mərd bir azərb. surəti yaratmışdır. Dostları ermənilər tərəfindən öldürüldüyündən qəhrəman yüzbaşı çox qayğılı və gərgindir. Qəhrəman yüzbaşının qəlbində bir-birinə qarşı duran iki hiss, iki duyğu, iki niyyət çarpışır. Öldürülmüş dostlarının intiqamını almaq, düşmənin tökdüyü nahaq qanların əvəzini çıxmaq istəyir. Eyni zamanda o, yüksək humanist hisslərlə yaşayan, milli ədavətə təəssüflənən, gördüyü qırğınlardan bezikən saf ürəkli bir insandır.
Pyesdəki erməni Baxşı sadə sənət adamı - kamançaçıdır. Toydan qayıdarkən azərb.-lar tərəfindən tutulduğunu görüb, qorxusundan titrəyir, yazıq-yazıq ağlayır. Ömrünün sona çatdığunı düşünən Baxşı Qəhrəman yüzbaşının göstərişi ilə kamançada "Rast" və "Segah-zabul" havalarını çalır. Təsirli musiqi qəhrəman yüzbaşının qəzəbini soyudur, insani duyğularını coşdurur: "...yüzbaşı birdən durur ayağa, qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir: - Adə, erməni, tez kəmənçəni yığışdır, itil get buradan!.. Çıx get!".
Əsərin bu şəkildə qurtarması onun humanist mahiyyətini daha da qüvvətləndirir. M.Ə.Rəsulzadə ''Anamın kitabı" və "Kamança" pyeslərini "milli ruhun keşiyində duran əsərlər səviyyəsində" hesab edirdi.
 
 Yüklə:

Çox oxunanlar

Şərhlər