0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Daniel Defo. “Robinzon Kruzo”

Daniel Defo. “Robinzon Kruzo”…

Məşhur ingilis yazıçısı Daniel Defonun "Robinzon Kruzo” romanı 25 aprel 1719 —cu ildə ilk nəşri işıq üzü görüb.

Adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi tərənnüm olunur. Roman bir çox dilə, o cümlədən 1909- ildə Abdulla Şaiq tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. 1958 ildə Bakıda "Robinzon Kruzonun həyatı” kimi də nəşr olunmuşdur.

O, həbsxana həyatı ilə vidalaşandan sonra, 1719-cu ildə özünün dünyanı fəth edən ən məşhur əsərini – "Robinzon Kruzo”nu yazdı. Əslində Daniel Defo bədii yaradıcılığa çox gec başlayıb. Yazıçı bu əsərini yazanda onun təxminən 58 yaşı var idi. Lakin bu roman Defoya inanılmaz şöhrət gətirdi. Əsər işıq üzü görəndən ta indiyədək dünyanın elə bir ölkəsi yoxdur ki, orada çap olunmasın. Məhz yüksək bədii keyfiyyətlərinə, hadisələrin ustalıqla, şirin dillə təsvir edilməsinə, süjet xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə alınmasına görədir ki, "Robinzon Kruzo” ən çox tərcümə olunan, ən çox tirajla çap olunan əsərlərin ön cərgəsindədir. Daniel Defo bu əsəri ilə Avropada həm də roman janrına yeni keyfiyyətlər gətirdi, köhnə steriotipləri dağıtdı. Nahaq yerə onu Avropanın yeni romançılığının banilərindən biri hesab etmirlər. Ustalıqla yazılmış bu əsərlə bağlı ən maraqlı cəhətlərdən biri də budur ki, roman dəniz səyahətindən bəhs etsə də Daniel Defo yalnız bircə dəfə – gənclik illərində gəmiylə Portuqaliyaya səfər edib, yerdə qalan bütün ömrünü yalnız öz vətənində keçirib.

Defo əsərin süjetini həyatdan götürüb. Həmin dövrlər – 16-18-ci əsrlərdə dəniz ölkələrindən gəmi ilə uzun səyahətlərə çıxanlar çox idi. Və dənizçilər bu səfərlər haqqında çox maraqlı macəralar danışardılar. Defo şotlandiyalı bir dənizçinin insan ayağı dəyməyən kiçik bir adada dörd il dörd ay yaşaması, sonradan təsadüf nəticəsində xilas olması haqqında hekayətini dinləmişdi. İstedadlı yazıçı məharətlə bu hadisələri bədiiləşdirərək oxucunu Robinzon Kruzo ilə adada günbəgün, saatbasaat yaşatmağa, onunla birgə çətinlikləri aşmağa məcbur edib. Romanı oxuyan hər kəs sanki Robinzonla birgə həmin həyatı yaşamış olurdu. Və bu da müəllifin inkaredilməz istedadının sayəsində idi.

Saysız-hesabsız oxuculara nəsilbənəsil bədii zövq vermiş "Robinzon Kruzo” öz qəribə macəralarıyla hər yaşda oxunan kitabdır.

ƏSƏRİ BURADAN YÜKLƏ:

Robinzon Kruzo


Çox oxunanlar

Şərhlər