0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Əbdürrəhim bəy Haqverdiyev. “Şeyx Şəban”

Əbdürrəhim bəy Haqverdiyev. “Şeyx Şəban”…

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib.

Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub. On yaşı olanda atalığı Əbdürrəhim bəyi Şuşada Yusif bəy Məliknəzərovun müvəqqəti yay məktəbinə qoyub. O, burada qısa müddətdə rus dilini öyrənib, dünya ədəbiyyatını mütaliəyə başlayıb. On dörd yaşında Şuşa şəhərində yerli ziyalıların göstərdikləri “Xırs quldurbasan” (Mirzə Fətəli Axundzadə) komediyasma baxıb. Bu, onun gördüyü ilk səhnə əsəri idi və bundan təsirlənən gənc Əbdürrəhim bəy Axundzadənin komediyalarını mütaliə edərək “Hacı Daşdəmir” adlı məsxərə yazıb.

İlk qələm təcrübəsini oxumaq üçün müəlliminə verib və sonra ondan müəyyən məsləhətlər alıb. Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib. Ədəbiyyata qızğın maraq göstərib və həmin dövrdə Rusiyanın ən qabaqcıl sənət ocaqlarından sayılan
Aleksandrinsk teatrının tamaşalarını müntəzəm izləyib.

Qəlbində dramaturgiyaya güclü maraq oyanıb. Dünya dramaturgiyasının klasshik nümunələrini mütaliə edib. Təhsilini yüksək qiymət göstəriciləri ilə başa vuraraq 1899-cu ildə Peterburqdan Şuşaya qayıdıb. İki il burada yaşayıb, şəhərdə teatr tamaşalarının hazırlanmasında iştirak edib, xalq yaradıcılığının nümunələrini toplayıb. İki il sonra isə Bakıya gəlib, burada “Müsəlman artistləri
dəstəsi”nin baş rejissoru kimi çalışıb. 1904-cü ildə Şuşa şəhəri idarəsmə üzv seçilərək oraya gedib.

Bir il sonra Gəncə quberniyasından Rusiya Dumasma deputat seçilib və Peterburqa yollanıb. Duma dağılandan sonra bir müddət orada yaşayıb və yazacağı “Ağa Məhəmməd şah Qacar” faciəsinə materiallar toplayıb. Bu işi İranın Mazandaran şəhərində də davam etdirib. 1908-ci ildən “Nicat” mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan “Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı” aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib.

Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib.

1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbirüzv seçilib.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

ƏSƏRİ BURADAN YÜKLƏ:

 ”Şeyx Şəban”

Çox oxunanlar

Şərhlər