0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Elxan Elatlı -Yeddinci mərtəbədə qətl...

Elxan Elatlı -Yeddinci mərtəbədə qətl...…

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 25 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq,biri qəhrəmanlıq romanı("Qisas gecəsi"),digəri psixoloji roman("Mərtəbələr") on yeddisi isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 
 
 Yüklə:
Yeddinci mərtəbədə qətl

Çox oxunanlar

Şərhlər