0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Ənvər Məmmədxanlı.”Buz heykəl”

Ənvər Məmmədxanlı.”Buz heykəl”…

Ənvər Məmmədxanlı 1913-cü ildə Göyçay şəhərində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N.Nərimanov adına Sənaye Texnikumunda təhsil almışdır.

Təhsilini başa vuran Ə.Məmmədxanlı Bakıda Mexaniki Zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan Elmi-Tədqiqat İnstitutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. “Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra isə redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdi.1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdı. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur.

1930-cu illərdən ədəbi fəaliyyətə başlayan Ənvər Məmmədxanlının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun “Şərqin səhəri”, “Od içində” pyesləri və “Şirvan gözəli” lirik komediyası tamaşaya qoyulmuşdur. “Şirvan gözəli” Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb.

Ə.Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Türkiyə və İspaniyda sovet nümayəndə heyəti tərkibində səfərdə də olub. İki dəfə “Şərəf nişanı”, “Qırmızı Əmək bayrağı” və “İkinci Dünya müharibəsi” (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub. Xalq yazıçısı Ənvər Məmmədxanlı 1990-cı ildə 77 yaşında Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

ƏSƏRİ BURADAN YÜKLƏ:

Buz heykəl

Çox oxunanlar

Şərhlər