0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Əziz Nesin. “Taxtalıköydən məktublar”

Əziz Nesin. “Taxtalıköydən məktublar”…

Əziz Nesin 1915-ci ilin dekabrın 20-də İstanbulda anadan olub. İki il Darüşşafak Liseyində təhsil alıb. Quru yollar Hərb məktəbindən məzun oldu. Baş leytenant rütbəsində "vəzifə və səlahiyyətindən sui-istifadə etmək” ittihamı ilə mühakimə olunub. Bununla da ordudan uzaqlaşdırıldı.Hərbidən sonra jurnalist kimi işləməyə başlayıb.


"Yedigün”, "Karagöz” və "Tan” qəzetində işləyib. "Respublika” adlı bir maqazin jurnalı nəşr edib. Sabahattin Əli ilə birlikdə, "Marko Paşa”, "Məlum Paşa”, "Mərhum Paşa”, "Alibaba” yumor jurnallarını çıxardıb.


1954-cü ildən etibarən "Akbaba” yumor jurnalında ləqəblərlə yumor əhvalatları yazıb. Yaradıcılığında 100-dən çox ləqəbdən istifadə edib. 1962-ci ildə Zübük adlı yumor jurnalını çıxardıb. 1963-cü ildə nəşriyyatın yanmasının ardından şəxsi fəaliyyət göstərməyə başlayıb. 1972-ci ildə Çatalcada kimsəsiz uşaqların təhsilini reallaşdırmağı məqsəd qoyan Nesin Vəqfini yaradıb. Kitablarının bütün gəlirini bu vəqfə bağışlayıb. 1979-cu ildə seçildiyi Türkiyə Yazarlar Peşəsi başçılığı vəzifəsini illərcə davam etdirib. Yalnız Türk ədəbiyyatında deyil, dünya satirik ədəbiyyatında xüsusi yer alıb. O düşüncələri və yazılarına görə, siyasi iqtidarlardan davamlı təzyiq görüb, həbs olunub. Nesin yazılarında türk cəmiyyətini detalları ilə əks etdirir. Dili danışıq dilinə, xalq ədəbiyyatına yaxın olması, səmimiyyəti daha da artırır. Bəzən yumorla günlük hadisələri, ictimai problemləri tənqid edir.


1995-ci ildə iyulun 6-da Çeşmədəki imza gününün sonrası vəfat edib.


ƏSƏRİ BURADAN YÜKLƏ:


"Taxtalıköydən məktublar”

 

Çox oxunanlar

Şərhlər