0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Hüseyn Cavid. “Ana” dramı

Hüseyn Cavid. “Ana” dramı…

Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində doğulub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb (1894-1898).

1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunub.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.

1937-cil repressiyaları Azərbaycanın bir çox mütərəqqi ziyalıları kimi hüseyn Caviddən də yan keçməyib. Görkəmli şair 5 dekabr 1941-ci ildə sürgündə, Rusiyanın  Maqadan şəhərində vəfat edib.

ƏSƏRİ BURADAN YÜKLƏ:

“ANA” dramı

Çox oxunanlar

Şərhlər