0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


İlyas Əfəndiyev - dramlar...

İlyas Əfəndiyev - dramlar...…

İlyas Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olub. Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinиfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur. Nəhayət 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür; onu "kulak” balası olduğu üçün institutdan uzaqlaşdırırlar. Xoşbəxtlikdən o, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini qurtarıb sağ-salamat rayona qayıdaraq müəllimliyini davam etdirmişdir. Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlamış İ. Əfəndiyev, bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi. Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə qovuşur. Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi ("Sən həmişə mənimləsən”, "Məhv olmuş gündəliklər”, "Mahnı dağlarda qaldı”, "Büllur sarayda”, "Xurşidbanu Natəvan” və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, "İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Böyük yazıçı 1996-cı ildə vəfat etmişdir.

 

ƏSƏRİ BURADAN YÜKLƏ:

Xurşidbanu Natəvan dramı

Atayevlər ailəsi dramı

Çox oxunanlar

Şərhlər