0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


İmadəddin Nəsimi. Qəzəllər

İmadəddin Nəsimi. Qəzəllər…

İmadəddin Nəsimi (1369,  Şamaxı – 1417, Hələb) orta əsr Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biridir. Zamanında Nəsimi təxəllüsü ilə daha çox tanınan şair, Azərbaycan türkcəsində divanın, fars və ərəb dillərindədə isə müxtəlif xırda əsərlərin müəllifi olmuşdur.


Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib.


Nəsimi 3 dildə yazıb. O, dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edib. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər.


1417-ci ildə Hələbdə edam edilmişdir.


ƏSƏRLƏRİ BURADAN YÜKLƏ:

"Yanaram…”

"Mən mülki-cahan…”

Çox oxunanlar

Şərhlər