0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Çingiz Aytmatov. “Dəniz kənarı ilə qaçan Alabaş”

Çingiz Aytmatov. “Dəniz kənarı ilə qaçan Alabaş”…

Yazıçı Çingiz Aytmatov 1928-ci ilin 12 dekabr tarixində anadan olub. Atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937 ildə həbs olunub, 1938 ildə isə güllələnib. Milliyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.

1948-1953 illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956 ildə, atasının bəraət almasından sonra mümkün olub. Kursu bitirdiyi ildə “Oktyabr” jurnalında onun qırğız dilindəki “Üz-üzə” hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il “Yeni dünya” jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran “Cəmilə” povesti işıq üzü görüb.

Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqı və Kinematoqrafçılar İttifaqı katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbərlərindən biri olub, “Xarici ədəbiyyat” jurnalının baş redaktoru, “İssıqqul forumu” adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.

10 iyun 2008 il tarixində müalicə olunduğu Almaniyanın Nürnberq şəhərindəki klinikada vəfat edib.

ƏSƏRİ BURADAN YÜKLƏ:

 ”Dəniz kənarı ilə qaçan Alabaş”

Çox oxunanlar

Şərhlər