0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


İsmayıl Şıxlı. “Məleykə xala”

İsmayıl Şıxlı. “Məleykə xala”…

Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-ju il martın 22-də Azərbaycanın Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xariji ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. «Azərbaycan» curnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinji katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» (1979), II dərəjəli «İkinci Dünya müharibəsi» (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır (1973). «Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi olmuşdur. 1995-ji il iyulun 26-da Bakıda vəfat etmişdir.

ƏSƏRİ BURADAN YÜKLƏ:

"Məleykə xala”

Çox oxunanlar

Şərhlər