0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Maqsud İbrahimbəyov. “Bütün yaxşılıqlara görə ölüm!” (Roman)

Maqsud İbrahimbəyov. “Bütün yaxşılıqlara görə ölüm!” (Roman)…

Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

 

Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Bədii yaradıcılığa 1960-cı illərdən başlayıb.

 

Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə keçmiş SSRİ miqyasında tanınıb. Onun "Mezozoy əhvalatı” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. .”Mezozoy əhvalatı”, "Bayquş gəlmədi”, "Yay tətili”, "Bütün yaxşılıqlara görə ölüm!”, "Truskavetsə kim gedir?”, "Sən nəğməmsən mənim”, "Ona görə ki, mən Ayvar Lidakam” və s. ssenariləri əsasında filmlər çəkilib. "Qəza”, "Bir az da sevinc”, "Eşitmədiyim mahnı”, "Qoy o bizimlə qalsın” və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Bayquş gəlmədi” və "Bütün yaxşılıqlara görə ölüm!” əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.


ƏSƏRİ BURADAN YÜKLƏ:


"Bütün yaxşılıqlara görə ölüm!” (Roman)

 

Çox oxunanlar

Şərhlər