0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Mark Tven. “Tom Soyyerin macəraları” romanı

Mark Tven. “Tom Soyyerin macəraları” romanı…

Amerika ədəbiyyatının klassiklərindən olan Mark Tvenin “Tom Soyyerin macəraları” romanı 1876-cı ildə qələmə alınıb.

Romanda balaca Tomun macəralarında Amerika təhsil sistemi əsas gülüş hədəfinə çevrilir; burada böyük məharətli yazıçı dünyaya uşaqların gözü ilə baxır. “Tom Soyyerin macəraları”nın davamı kimi işlənmiş “Heklberri Finnin macəraları”nda isə zənci Cim obrazını romana gətirməklə müəllif irqi ayrı-seçkiliyə öz nifrətini bildirmişdir ki, bu da əsəri ictimai məzmunlu roman səviyyəsinə qaldırmışdır. İrqi ayrı-seçkiliyin tüğyan elədiyi illərdə bu cür ifşaedici mahiyyətli bir əsər yaratması Mark Tvenin vətəndaş cəsarətinin parlaq ifadəsi idi. XX əsrin tanınmış yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminquey heç də təsadüfi olaraq demirdi ki, bütün Amerika nəsri “Heklberri Finnin macəraları” romanından törəmişdir.

Hər iki romanı təqdim edirik:

ƏSƏRİ BURADAN YÜKLƏ:

“Tom Soyyerin macəraları” romanı

Çox oxunanlar

Şərhlər