0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Mehmet Akif. İstiqlal marşı

Mehmet Akif. İstiqlal marşı…

İstiqlal Marşı – Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının dövlət himnidir. Sözlərinin müəllifi Mehmet Akif Ərsoy, musiqisi isə Osman Zəki Üngörə məxsusdur.

Mәmmәd Akif 1873-cü ildə İstanbulun Fateh sәmtindә dünyaya gәlib. M.Akif ilk vә orta tәshilini Fatehdә almışdır. Ali tәshil üçün beynәlxalq hüquq instituna girsә dә təhsilini yarımçıq qoyub baytarlıq tәhsilinә başlamış, buranı qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq mәktәbindә başlamış, Osmanlı dövlәtinin tәnәzzül dövründә vәtәnin işğalçılar tәrәfindәn tutulmasıyla Anadoluya keçәrәk xalqı milli azadlıq savaşı üçün ruhlandırmış vә böyük işlәr görmüşdür. Türkiyә Cümhuriyyәtinin qurulmasından sonra Misirә getmiş vә Misir Universitetindә Türk dili dәrslәri vermiş, 1936-cı ildә ölkәyә qayıtmış vә 27 dekabr 1936-cı ildə dünyasını dәyişmişdir.

İstiqlal marşı

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.

Çatma qurbanın olum, çöhrəni ey nazlı hilal!
Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal…
Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım.
Hansı çılğın mənə zəncir vuracaqmış, şaşarım!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşarım.
Yırtaram dağları, ənginlərə sığmam, daşarım.

Qərbin afaqın sarmışsa polad zirehli divar,
Mənim iman dolu köksüm kimi sərhəddim var.
Ulusan, qorxma! Necə belə bir imanı boğar,
Mədəniyyət dediyin tək dişi qalmış canavar?

Dostum! Yurduma alçaqları uğratma saqın.
Sipər et sinəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın…
Kim bilir, bəlkə sabah, bəlkə sabahdan da yaxın.

Bastığın yerlərə “torpaq” deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vətəni.

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın bu xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda*.

Ruhumun səndən, ilahi, budur ancaq diləyi:
Dəyməsin məbədimin köksünə naməhrəm əli.
Bu azanlar ki, şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.

O zaman vəcd ilə min səcdə edər varsa daşım,
Hər cerihəmdan, ilahi, quruyub qanlı yaşım,
Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim;
O zaman yüksələrək ərşə dəyər bəlkə başım.

Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal!
Olsun artıq tökülən qanlarımın hamsı halal.
Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval:
Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət;
Haqqıdır, Haqqa tapan, millətimin istiqlal!

Çox oxunanlar

Şərhlər