0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Mikayıl Rzaquluzadə. “Ana ürəyi, dağ çiçəyi”

Mikayıl Rzaquluzadə. “Ana ürəyi, dağ çiçəyi”…

Azərbaycanın qabaqcıl maarif xadimi, əmək veteranı, görkəmli yazıçı və nasir, istedadlı tərcüməçi Mikayıl Rzaquluzadə 1905-ci il martın 17-də Bakıda anadan olmuşdur. Mikayıl Rzaquluzadə şair, nasir, tərcüməçi kimi çoxsahəli yaradıcılıq yolu keçmişdir. Ali Pedaqoji məktəbi bitirdikdən sonra Bakı Mərkəzi Kitabxanasında müdir işləmiş,  Moskva Dövlət Universitetində aspiranturanı müvəffəqiyyətlə başa vurmuşdur. Azərnəşrdə tərcüməçi,  «İnqilab və mədəniyyət» jurnalında məsul katib, «Azərbaycan» jurnalında baş redaktor müavini vəzifələrində çalışmışdır. Ədəbi yaradıcılıq fəaliyyətinə  1923-cü ildə çıxan «Müəllim» şerilə başlayan Mikayıl Rzaquluzadə, eyni zamanda, «Gənclik» nəşriyyatında, «Göyərçin» jurnalı redaksiyalarında da çalışmışdır. Onun «Qaranquş yuvası» (1945), «Ağ dana» (1945), «El gücü» (1948), «Qu gölü» (1955), «Ovçu Elşənlə qoçaq Aytəkinin nağılı» (1956), «Nəsillərdən nəsillərə» (1965), «Ürəkdə izlər» (1969), «Quş dili bilən Orxan» (1972), «Yaz günəşi»  (1977), «İlin yazı-elin sazı» və s. kitabları uşaq və gənclərin sevərək mütaliə etdiyi əsərlərdir.

Dünya xalqları ədəbiyyatının onlarla nümayəndələrinin əsərlərini, o cümlədən T.Oldricin «Amerika məktəblilərinin xatirələri», R.Kiplinqin «Mauqli», V.Mayakovskinin «Seçilmiş şeirləri və poemaları», V.Biankinin «Biz çoxuq», V.Vasilevskayanın «Göyqurşağı», V.Q.Belinskinin «Seçilmiş əsərləri»ni, İ.S.Turgenevin «Ovçunun xatirələri», «Atalar və oğullar», «Ərəfə», A.Dümanın  «Üç müşketor», M.Qorkinin «Uşaqlıq», C.Sviftin «Qulliverin səyahəti», L.N.Tolstoyun «Dirilmə», V.Latsisin «Balıqçı oğlu», C.Londonun «Hekayələri»ni,  C.Rodarinin «Çippolino» və s. əsərləri Azərbaycan dilinə tərcümə etmişdir.  Nizaminin «İsgəndərnamə» əsərinin  1941 -ci il tərcümə nəşri də ona aiddir.

Ümumiyyətlə,  tərcümə kitablarının sayı 60-dan çox olan Mikayıl Rzaquluzadə  «H.Heyne və faşizm»,  «Rabindranat Taqor», «Bayron və müasirlik» və s. kimi  məqalələrin də müəllifidir.

1984-cü il noyabrın 10-da Bakıda vəfat etmişdir. Burada Bakı küçələrindən birinə onun adı verilmişdir.

 

ƏSƏRİ BURADAN YÜKLƏ:

“Ana ürəyi, dağ çiçəyi”

Çox oxunanlar

Şərhlər