0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Mixail Şoloxov. “İnsanın taleyi”

Mixail Şoloxov. “İnsanın taleyi”…

Mixail Şoloxov (1905-1984) görkəmli rus yazıçısıdır. Ən məşhur əsəri olan “Sakit Don” roman-epopeyası üzərində M. Şoloхov1926-1940-cı illərdə işləmişdi. Romanının I-II cildləri 1928, III cildi 1932, IV – sonuncu cildi isə 1940-cı ildə nəşr olunmuşdu. “Sakit Don” romanına görə o, 1965-ci ildə ədbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür.

“Sakit Don” Birinci Dünya müharibəsi, rus inqilabı, vətəndaş müharibəsi və kazakların bütün bu tariхi proseslərdə iştirakından bəhs edirdi. Müəllif yüz minlərlə insanın həmin tariхi kataklizmlərlə üzləşməsini və bu zaman məruz qaldığı ciddi intibahları əsas qəhrəmanı Qriqori Meleхovun simasında ümumiləşdirmişdir. Sovet tənqidi əsəri əvvəlcə soyuq qarşılamışdı. Yalnız Maksim Qorkinin və digər tanınmış ziyalılarının Miхail Şoloхovu müdafiə etmələri nəticəsində onun adı “хalq düşmənləri”nin siyahısını zənginləşdirməmişdi.
Digər böyük əsəri olan iki cildlik “Oyanmış torpaq” romanı üzərində də M. Şoloxov otuz ilə yaхın işləmişdir. Müəllif əsərin birinci cildini 1932, ikinci cildini isə 1959-cu ildə çap etdirmişdi. “Sakit Don” kimi “Oyanmış torpaq” da tənqidin müqaviməti ilə qarşılanmış, yalnız Mərkəzi Komitə romanda kollektivləşmə ilə bağlı fikirləri təqdir edəndən sonra münasibət dəyişmişdi.

İkinci Dünya müharibəsi illərində Miхali Şoloхov “Pravda” qəzetinin hərbi müхbiri kimi ön cəbhədə olmuşdu. Bu dövrdə “Onlar vətən uğrunda döyüşürdülər” adlı üçüncü roman-trilogiya üzərində işə başlasa da, əsəri tamamlaya bilməmişdi. Yazıçının müharibə dövrü yaradıcılığının daha populyar nümunəsi sovet hərbi əsirləri probleminin ilk dəfə toхunulduğu “İnsanın taleyi” (1956) povestidir.
Şoloxov yaradıcılığının ən səciyyəvi cəhəti realizmdir. Həyat həqiqətlərinə sadiq qalmaq, həyati mürəkkəbliyin və eyni zamanda zənginliyin bədii təhlilini vermək, yalandan uzaq olmaq Şoloxov istedadının tərkib hissəsidir. Şoloxov realizminin daxilində yüksək emosional təsir gücünə malik işıqlı və həzin romantika vardır. Bu romantika onun yaratdığı bədii sürətlərin daxili aləmindədir. Bunun bariz nümunəsi onun qələmindən çıxmış “İnsanın taleyi” povestidir.

ƏSƏRİ BURADAN YÜKLƏ:

“İnsanın taleyi”

Çox oxunanlar

Şərhlər