0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Namiq Abdullayev. “Atlantidan gəlmiş adam”

Namiq Abdullayev. “Atlantidan gəlmiş adam”…

Azərbaycanın tanınmış fayntast yazıçısı Namiq Abdullayev 1928-ci il martın 3-də Siyəzən rayonunun Dərə Zarat kəndində anadan olmuşdur. Orta məktəbi Siyəzən rayonunun Xişkədar kəndində qurtarmışdır (1947).

Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirmişdir (1948-1952). Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi olmuşdur (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində məsul buraxıcı, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmış (1961-1988), yaradıcılıqla məşğul olmuşdur.

Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun elmi-fantastik hekayələri, povest və nağılları “Göyərçin”, “Pioner” jurnallarında, “Azərbaycan pioneri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində çap edilmişdir. “Tərs gün” və “Giberlandiya” pyesləri Sumqayıt, Lənkəran və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur (1987). “Sehirli oğlan” (1960), “İtirilmiş dünya” (1962), “Balaca Kiberin macəraları” (1966), “Gecələr uzanaydı” (1980), “Piyada vəzirə çevrilir” (1987) kitabları kütləvi tirajla nəşr olunmuşdur.

ƏSƏRİ BURADAN YÜKLƏ:

Atlantidan gəlmiş adam

Çox oxunanlar

Şərhlər