0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z



Çox oxunanlar

Kitab

  • Qara fon
  • Rəngli fon

Qorqud Ədəbiyyatı...…

Azərbaycan mədəniyyətinin ulu qaynağı olan «KitabiDədə Qorqud» təkcə öz yarandığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə də milli mənəviyyatımızın, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün milli-mənəvi dəyərlərini özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş milli mənəviyyat və mədəniyyət tariximizi onsuz təsəvvür etmək mümkün deyildir. «Kitabi-Dədə Qorqud»- un milli tariximizin dünəni və bugünündəki rolunu müdrikcəsinə «Milli varlığımızın mötəbər qaynağı» kimi səciyyələndirən dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin söylədiyi kimi: «Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz «Kitabi-Dədə Qorqud» eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir» (126, 8). Əslində, «Kitabi-Dədə Qorqud» abidəsinin müasir Azərbaycan ədəbiyyatına təsiri probleminin tədqiqinə həsr 4 olunmuş bu tədqiqatın bütün aktuallığı H.Əliyevin ölməz və müdrik kəlamında hərtərəfli və aydın şəkildə ifadə olunmuşdur. «Ana kitabımızın» hər bir azərbaycanlı, o cümlədən elm adamları tərəfindən dərindən öyrənilməsi elmin və elm adamlarının milli vətəndaşlıq borcudur. Bu cəhətdən «Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri problemi Azərbaycan ədəbiyyatşünaslığının son dərəcə zəruri və aktual elmi problemlərindəndir. Belə ki, müasir Azərbaycan ədəbiyyatı «Kitabi-Dədə Qorqud»la sıx və qırılmaz tellərlə bağlıdır. XIX əsrdən elm aləminə bəlli olub, Azərbaycan elmi və ədəbi düşüncə dövriyyəsinə XX əsrin birinci yarısında daxil olmuş «Kitabi-Dədə Qorqud» abidəsi elə həmin zamandan milli ədəbiyyat, mədəniyyət və incəsənətimizə güclü şəkildə təsir etməyə başlamışdır. Bu proses fasiləsiz olmuş, onilliklər keçdikcə abidənin ədəbiyyatımıza təsiri güclənmiş, «Kitabi-Dədə Qorqud»un obrazlar aləmi, ideya və mövzuları ilə bağlı çoxsaylı nəsr, nəzm və dram əsərləri yazılmış və bu proses indi də davam etməkdədir. «KitabiDədə Qorqud» Azərbaycan tarixinin bütün keşməkeşlərini özündə inikas edərək onun ayrılmaz, qopmaz parçası olduğu kimi, müasir Azərbaycan tarixinin də bütün çətinliklərini yaşayaraq bizimlə birgə vətənimizin müstəqilliyinə qovuşmuşdur. Abidə XX əsr sovet totalitarizminin, stalinizmin bütün amansız zərbələrinə sinə gərərək milli varlığımızı dağılmağa qoymamışdır. Özündə Azərbaycan-oğuz xalqının birliyi və vəhdəti ideyalarını daşıyan «Kitabi Dədə Qorqud» XX əsr tarixinin ən dəhşətli çağlarında ziyalılarımızı sınmağa qoymamış, abidədə daşınan milli birlik, vəhdət və bütövlük ideyaları ədəbiyyat və incəsənətimizə nüfuz edərək kütlələr arasında yayılmış və xalqın mənəviyyatını dağılıb məhv olmaqdan qorumuşdur. «KitabiDədə Qorqud» müasir ədəbi düşüncəni daim milli ideyalarla zənginləşdirmiş və ədəbiyyatda yaşayan bu ideyalar 5 xalqımızı azadlıq uğrunda mübarizəyə qaldıraraq müstəqilliyə qovuşdurmuşdur. Bu cəhətdən müasir Azərbaycan ədəbiyyatı öz ideya-məzmun və ədəbi-estetik əsasları ilə qırılmaz şəkildə «Kitabi-Dədə Qorqud» abidəsinə bağlı olduğu kimi, bu ədəbiyyatın tədqiqi də bütün istiqamətlərdə «ana kitabımıza» bağlanır.
Предыдущая
Следующая
Рекомендуйте эту книгу друзьям

Şərhlər