0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Rabindranat Taqor. Hekayələr

Rabindranat Taqor. Hekayələr…

Böyük hind ədibi, mütərəqqi şəxsiyyət, mütəfəkkir, ictimai xadim, vətənpərvər və humanist insan, dahi şəxsiyyət Rabindranat Taqor (hindcə Rabindranath Thakur) 1861-ci ilə may ayının 7-də Benqqaliyanın paytaxtı Kəlküttə şəhərində anadan olub. Tanınmış ziyalı və mülkədar ailəsində dünyaya göz açan R.Taqor ailənin 14-cü uşağı idi.

R.Taqor əvvəlcə seminariyada, sonra Benqaliya akademiyasında təhsil alıb.

1878-ci ildə İngiltərəyə gedib hüquqşünas olmaq istəyən R.Taqor burada daha çox bədii yaradıcılıqla məşğul olur və tezliklə gənc şeir kimi tanınır və 2 illik hüquq təhsili almasına baxmayaraq, vəkil olmaq arzusundan vaz keçir. R.Taqor vətəninə qayıdır, evlənir və bədii yaradıcılıqla, həm də sahibkarlıqla məşğul olmağa başlayır. Səksən il ömür sürmüş bu nəhəng şəxsiyyətin ədəbi və ictimai fəaliyyəti olduqca geniş və hərtərəflidir.

R.Taqorun ictimai-pedaqoji, elmi, fəlsəfi, dini və publisistik fəaliyyəti və bu sahələrdə yazdığı əsərlər nəzərə alınmasa, bu böyük və nəhəng şəxsiyyətin bədii yaradıcılıq sahəsində qazandığı uğurları belə ümumiləşdirmək olar: Əllidən artıq şeir kitabı, on iki roman və povest, yüzdən artıq xatirə və məqalə müəllifi.

Akademik Məmməd Arif yazır ki, "Taqorun hər bir əsərində hind xalqının ürəyi çırpınır, köləlikdən, dini mövhumatdan, müstəmləkə zəncirindən xilas olmaq istəyən insanların hiss və arzuları oxunur. Bu böyük vətənpərvərin əsərləri hind xalqının bir əsrlik zəngin tarixinin güzgüsüdür”

P.Taqor 1919-cu ilin aprel ayında İngilislərin Amritsar şəhərində zəhmətkeşlərin mitinqi zamanı 1000 nəfərədək silahsız, günahsız adamları öldürdüyünə görə 1915-ci ildə İngiltərə hökuməti tərəfindən ona verilmiş baronet (zadəgan rütbəsi) titulundan imtina edib. Onun bu aktla bağlı İngiltərənin vitse-kralına yazdığı məktubda deyilirdi: "Həmvətənlərimlə insafsızcasına rəftar edilən bir zamanda imtiyazdan istifadə etmək mənə ar gəlir”.

Böyük milli duyğularla, vətənpərvər ideyalarla nəfəs alan R.Taqor 1901-ci ildə öz şəxsi vəsaiti hesabına Bolpur şəhərində məktəb açır və orada dərs deyir.

20 il sonra, 1921-ci ildə isə R.Taqor Hindistanda ilk milli universitet açır. Bu universitetin fəaliyyəti üçün R.Taqor bütün gəlirlərini və Nobel mükafatını yaratdığı universitetə bağışlayır.

R.Taqorun 1912-ci ildə "Qitancali” (Qurban mahnıları) adlı şeirlər kitabı ingilis dilində nəşr olunub. 1913-cü ildə R.Taqorun bu kitabı Nobel mükafatına layiq görülür.

R.Taqorun "Canaqanamana” ("Xalqın ruhu”) adlı məşhur mahnı-şeiri 1911-ci ildən Hindistanın rəsmi himni kimi qəbul olunub.

Böyük hind ədibi səksən yaşında (1941-ci il avqustun 7-də) dünyasını dəyişib. Vətənpərvər yazıçı, şair, ictimai-siyasi xadim həyatının son gününə qədər yazıb-yaradıb.

Ölümündən bir neçə gün əvvəl yazdığı "Mədəniyyətin böhranı” adlı məqaləsində R.Taqor İngiltərənin işğalçılıq siyasətini belə damğalayırdı: "Fələyin çərxi tərsinə dönüb, bu yaxınlarda ingilisləri Hindistandan çıxmağa məcbur edəcəklər. Amma onlar özlərindən sonra Hindistanda nə qoyub gedəcəklər? Onların iki yüz illik hakimiyyətinin seli axıb getdikdən sonra yerdə nə qədər üfunətli çirkab və palçıq qalacaqdır”.

R.Taqor 1920-1930-cu illər arasında bir sıra ölkələrə səyahətə çıxıb, ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç, Avstriya, Çexoslovakiya, İtaliya, Misir, İndoneziya, Tailand, Kanada, İngiltərə, Çin və SSRİ-də olub. R.Taqor 1925-ci ildə SSRİ Elmlər Akademiyasının 200 illiyinə dəvət alsa da səhhəti imkan vermədiyi üçün o vaxt gələ bilmir. O, yalnız 5 ildən sonra SSRİ-yə gəlir, bir il sonra "Rusiya haqqında məktublar” kitabını nəşr etdirir. "Rusiya haqqında məktublar” əsərində R.Taqor Azərbaycan Respublikası haqqında da bəzi qeydlər edib.

R.Taqor hind ədəbiyyatında hekayə janrının əsasını qoymuş, Benqal ədəbi dilinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. R.Taqor klassik hind-Benqal və Avropa ədəbiyyatından, habelə Hindistan xalqının milli azadlıq mübarizəsindən ilham almış, təkcə öz doğma xalqının deyil, bütün dünya xalqlarının yaratdıqları zəngin ədəbiyyat dünyasında silinməz izlər qoyub getmişdir.

Mütərəqqi bəşəriyyət qarşısında çox böyük xidmətləri olan R.Taqorun xatirəsi təkcə hind və benqal xalqlarının deyil, bu vətənpərvər ədibin bədii irsi Azərbaycan xalqı üçün də həmişə əziz olub.

ƏSƏRİ BURADAN YÜKLƏ:

Ac daşlar

Dəftər
Qurtuluş

Daliya


Çox oxunanlar

Şərhlər