0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Rəsul Rza. Şeirlər

Rəsul Rza. Şeirlər…

Rəsul Rza 1910-cu il may ayının 19-da Göyçayda anadan olmuşdur. 1927-1937 illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.

Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.
Rəsul Rzanın “Bu gün” adlı ilk şeri 1927-ci ildə “Qığılcım” almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı (“Vətən” (1942), “İntiqam! İntiqam…” (1943) şer kitabları, “Ölməz qəhrəmanlar” (1942), “Qəzəb və məhəbbət” (1943) hekayə və oçerk topluları, “Vəfa” (1943) pyesi və s).
60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi (“Şerlər” (1959), “Pəncərəmə düşən işıq” (1962), “Duyğular, düşüncələr” (1964), “Dözüm” (1965) şer kitabları). “Qızıl gül olmayaydı” (1958-61), “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. “Rənglər” (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da (“Dünən, bu gün, sabah” (1973), “Güneylər, quzeylər” (1977), “Üzü küləyə” (1979) kitabları) əsas mövzusudur.
Uşaqlar üçün də yazmışdır (“Balacaların şəkilli təbiət ensiklopediyası” seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var (“Mənim fikrimcə” kitabı, 1967).
R.Rzanın “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə,R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. R.Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.

BURADAN YÜKLƏ:

Gələcək sizinkidir, Babam kimi və bu günlü adam kimi, Təbrizim mənim, Təbrizli dostuma

Çox oxunanlar

Şərhlər