0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Şəhriyar. “Heydərbabaya salam” poeması

Şəhriyar. “Heydərbabaya salam” poeması…

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 – 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan – İran şairidir. Şeirlərini azərbaycan və fars dillərində yazıb.

Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində alıb. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırıb, məşhur “Talibiyyə” ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeirini Təbrizdəki “Məhəmmədiyyə” orta məktəbinin buraxdığı “Ədəb” adlı jurnalda dərc etdirib.

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakultəsində ali təhsil almağa başlayıb. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olub.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə “Heydərbabaya salam” əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirib, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstəriblər.

Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda “milli şeir günü” kimi qeyd edilir.

ƏSƏRİ BURADAN YÜKLƏ:

“Heydərbabaya salam” poeması

Çox oxunanlar

Şərhlər