0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Süleyman Rəhimov. “Pəri çınqılı”

Süleyman Rəhimov. “Pəri çınqılı”…

Süleyman Rəhimov 1900-cü ilin oktyabrında Zəngəzur mahalının Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.


1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıyagələrək ADU-nun tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir.


Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo” 1931-ci ildə çap olunmuşdur. Bununla belə, o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir.


S. Rəhimov Azərbaycan ədəbiyyatında romanlar müəllifi kimi məşhurdur. Onun "Saçlı”, "Ağbulaq dağlarında”, "Ana abidəsi”, "Qafqaz qartalı” romanları, "Mehman”, "Aynalı” povestləri yazıçının zəngin yaradıcılıq irsindən xəbər verir. O, həmçinin maraqlı hekayələr müəllifidir.

S. Rəhimov 1983-cü il oktyabrın 11-də vəfat etmişdir.


ƏSƏRİ BURADAN YÜKLƏ:


"Pəri çınqılı”

Çox oxunanlar

Şərhlər