0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Suat Dərviş: “Fosforlu Cevriyə”

Suat Dərviş: “Fosforlu Cevriyə”…

Suat Dərviş (1903-1972) İstanbulda kübar ailədə anadan olmuşdur. Yazıçının babası Dərviş paşa məşhur gimyagər, atası isə İstanbul universitetinin professoru olmuşdur. Evdə yaxşı təhsil aldıqdan sonra Suat təhsilini Berlin universitetində davam etmışdır.


O, yazmağa erkən yaşlarından başlamış, qəzet və dərgilərə müxtəlif təxəllüslər altında yazılar yazmışdır. "0 yaşında Suat Dərvişin "Qara kitab” adlı ilk hekayələr toplusu işıq üzü görmüşdür.


Suat Dərviş "Bəhirəni istəyənlər”, "Onlardan heç biri”, "Fatmanın günahı”, "Əminə” romanlarının müəllifidir. Yazıçının ən məşhur əsəri olan "Fosforlu Cevriyə” ilk olaraq 1948-ci ildə, bir neçə ay ərzində İstanbulun "Gecə postası” qəzetində çap olunmuşdur.


Solçu görüşlərə malik olan və bununla əlaqədər dəfələrlə təqiblərə məruz qalan Suat Dərviş Türkiyənin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. Suat Dərviş 1930-cü ildə əsası qoyulmuş və yaradıcılarından biri Azərbaycanın görkəmli mütəfəkkiri Əhməd bəy Ağaoğlu olan Sərbəst Firqənin nəzdində fəaliyyət göstərmiş "Kadın Varlığı” dərnəyinin qurucularından biri olmuşdur.


ƏSƏRİ BURADAN YÜKLƏ:

"Fosforlu Cevriyə”

Çox oxunanlar

Şərhlər