0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Yusif Səmədoğlu - Qətl günü romanı...

Yusif Səmədoğlu - Qətl günü romanı...…

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969)[1], baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), "Ulduz jurnalının baş redaktoru (1976-1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.
1998-ci il avqustun 17-də vəfat etmişdir.
 
Download:

Çox oxunanlar

Şərhlər