0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Fərman Kərimzadə. “Xudafərin körpüsü”

Fərman Kərimzadə. “Xudafərin körpüsü”…

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alsa da, 1954-cü ildə orta məktəbi Azərbaycanın Beyləqan rayonunun Şahsevən kəndində bitirib. 1955-1960-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Azərbaycanın bir neçə rayonunda orta məktəb müəllimi işləyib.

1965-1967-ci illərdə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərində ədəbi işçi, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kollegiya üzvü, “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri olub. 1980-1981-ci illərdə Şüvəlan yaradıcılıq evinin direktoru işləyib.

Bir çox əsərlərin müəllifi olan Fərman Kərimzadə “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanları ilə tanınır.

F.Kərimzadə 1989-cu il mart ayinin 17-də vəfat etmişdir.

ƏSƏRİ BURADAN YÜKLƏ:

 ”Xudafərin körpüsü” 1

 ”Xudafərin körpüsü” 2

Çox oxunanlar

Şərhlər