0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


İsmayıl Şıxlı. “Dəli Kür” romanı

İsmayıl Şıxlı. “Dəli Kür” romanı…

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil alıb (1933-1936). Bir il Kosalar kənd orta məktəbində müəllim işləyib. Sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb (1937-1941).


İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib (1946).


APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışıb. "Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991).


İlk mətbu əsəri "Quşlar” şeiri 1938-ci ildə "Ədəbiyyat” qəzetində dərc olunub.


1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.


Görkəmli yazıçının oxucular arasında geniş şöhrət qazanmış "Dəli Kür” romanı XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist üslubda göstərən bir əsərdir. Xalqımızın milli oyanış dovrü Göytəpə kəndində baş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınıb. Əsər qollu-budaqlı qəhrəmanlarına, dəyərlərin toqquşması və bədii boyaların zənginliyinə görə haqlı olaraq milli tarixi roman janrının kamil nümunələrindən sayılır.


Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz "Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır.


ƏSƏRİ BURADAN YÜKLƏ:


"Dəli Kür” romanı

 

Çox oxunanlar

Kitab

  • Qara fon
  • Rəngli fon

İsmayıl Şıxlı. “Dəli Kür” romanı…

 
Предыдущая
Следующая
Рекомендуйте эту книгу друзьям

Şərhlər