0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Lev Nikolayeviç Tolstoy. “Hacı Murad”

Lev Nikolayeviç Tolstoy. “Hacı Murad”…

Lev Nikolayeviç Tolstoy Tula quberniyasına bağlı Yasnoya Polyanada anadan olub.Bu ailə Rusiyanın ən qədim və aristokrat ailərindən biri idi.1844-cü ildə sevmədən oxuyacağı Kazan universitetində Şərq dilləri və hüquq təhsili almağa başladı.Daha sonra təhsilini yarımçıq qoyaraq kəndinə geri qayıtdı və vaxtının çoxunu Moskva və Sankt Peterburqda keçirməyə başladı.1851-ci ildə isə Rusiya ordusuna qatıldı.Yazıçılıq sənətinə də təxminən bu illərdə başladı.1857 və 1860-1861 illərində Avropaya iki səfər edən Tolstoy bu zaman həyatının geri qalanına təsir edən travmatik hadisə yaşadı.Dostu Botkinə yazdığı məktubda "Dövlətin qurma bir bir şey olduğundan və bundan sonra heç vaxt heç bir yerdə heç bir dövlətə xidmət etməyəcəyini”ndən bəhs etmişdi.Avropa səfərində Viktor Hüqo ilə qarşılaşmış və yazacağı "Savaş və Barış” adlı əsərdə "Les” Miserables”in təsirində də qalmışdır.Tolstoy siyasi fəlsəfə baxımından isə fransız anarxist Pyer Josef Proudhonun təsirində qalıb. Tolstoy 23 sentyabr 1862-ci ildə özündən 16 yaş kiçik Sofya Andreevna Bers ilə evləndi.Bu evliliyi A.N.Wilson ədəbiyyat tarixinin ən bədbəxt evliliyi olaraq izah etmişdir.


Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar” və "Hacı Murad” povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl "Sevastopol hekayələri” ni yazır.


Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq "Ailə xoşbəxtliyi” əsərini çap etdirir. O, 1862- ci ildə "Yasnaya Polyana” adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə "Hərb və sülh” romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G.Plexnov və A.Lunaçarski, Tolstoy dühasını yüksək qiymətləndirib, onun "Hərb və sülh” romanını dünya ədəbiyyatında ən gözəl əsər saymışdır. "Hərb və sülh”dən sonra dünya şöhrəti qazanan əsəri "Anna Karenina” romanı olmuşdur.


Tolstoy 1880-1890-cı illərdə "İvan İliçin ölümü” (1884-86), "Xolstomer” (1885), "Kreyser sonatası” (1887-1889), "Sergi ata” (1898), "Cəhalət hökmranlığı” (1886), "Maarifin bəhrələri” (1891) əsərlərini yazmışdır. Ömrünün altmış ilini bədii yaradıcılığa həsr etmiş və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunmuşdur.


ƏSƏRİ BURADAN YÜKLƏ:

Hacı Murad Yüklə


Çox oxunanlar

Şərhlər