0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Mirzə Fətəli Axundzadə. Əsərləri

Mirzə Fətəli Axundzadə. Əsərləri…

Mirzə Fətəli Axundzadə 1812-ci ildə Şəkidə anadan olmuşdur.


Fətəlinin atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.


Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tbilisiyə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.


Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi” təxəllüsü ilə). Axundzadə bədii ədəbiyyat sahəsində istedadlı şair, nasir və dramaturq kimi şöhrət tapmış, məhşur komediyaları ilə dramaturgiyamızın, "Aldanmış Kəvakib” hekayəsi ilə isə realist nəsrimizin əsasını qoymuşdur. Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir.


Görkəmli dramaturq 1878-ci ildə Tbilisidə vəfat etmişdir.


ƏSƏRLƏRİ BURADAN YÜKLƏ:


Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur

Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)

Aldanmış kəvakib


Çox oxunanlar

Şərhlər