0-9 A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z


Ziya Bünyadov. “Fətəlixan Xoyski”

Ziya Bünyadov. “Fətəlixan Xoyski”…

 

Ziya Bünyadov (21 dekabr 1923 – 21 fevral 1997) − şərqşunas və tarixçi, Sovet İttifaqı qəhrəmanı, Dövlət mükafatı Laureatı, əməkdar elm xadimi.

Akademik Ziya Bünyadov Berlin şəhərinin Pankov rayonunun (Almaniya), Urgənc (Özbəkistan), Astara və Göyçay (Azərbaycan) şəhərlərinin fəxri vətəndaşı idi. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru (1981 – 1997) olmuşdur.


Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdir. İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçirmişdir. 1945-ci il 27 fevralda ona Sovet İttifaqı Qəhramanı adı verilmişdir.


Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Ziya Bünyadov 1954 ildə namizədlik dissertasiyasım müdafia edib Azərbaycana qayıtmışdır.


Sonra o, Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmişdir. O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələr’in xülasısi və qüdrətli hökmüdarın möcüzələri” 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə Ərəb dilindən Rus dilinə tərcümə etmişdir.


1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olmuşdur. Elə həmin ildə o, tarix elimləri doktoru elmi dərəcəsi və 1965-ci ildə isə professor adına laiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Elmlər Akademyasının müxbir üzvü, 1973-cü ildə akademiyanın həqiqi üzvi seçilmişdir.


1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. Milli məclisin deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixcilərin yalançı iddialarını faklarla ifşa etmişdir.


Ziya Bünyadov Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli vətən müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilmişdir.

1997-ci il fevral ayının 21-də nəməlum cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.


ƏSƏRİ BURADAN YÜKLƏ:


"Fətəlixan Xoyski”

Çox oxunanlar

Şərhlər